Bütün xəbərlər
Erməni ordusunda daha bir biabırçılıq...
Tarix: 13-10-2020 15:51 | Bölmə: Karusel

                Erməni ordusunda daha bir biabırçılıq...


İşğalçı Ermənistan tərəfi daha bir rəzil açıqlaması ilə müzakirələrə səbəb olub.
“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, məlum olub ki, Ermənistan silahlı qüvvələrindəki hərc-mərclik və nizamsızlıq nəticəsində orduda itkilərin hesablanmasında da uyğunsuzluqlar var. Belə ki, bu gün qondarma rejimin Müdafiə Nazirliyi Qarabağdakı döyüşlər zamanı məhv edilən erməni əsgərlərin 12-13 oktyabr tarixli siyahısında on əsgərin adının səhv qeyd olunduğunu açıqlayıb.
Qeyd edək ki, sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Ermənistan ordusu xeyli itki versə də, rəsmi şəxslər ölüm sayını bilərək azaldır.



Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər