Bütün xəbərlər
Ermənistanın bu gecə sıradan çıxarılan texnikalarının siyahısı
Tarix: 13-10-2020 11:57 | Bölmə: Karusel

                   Ermənistanın bu gecə sıradan çıxarılan texnikalarının siyahısı


Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 
Məlumatda qeyd edilib ki, Ermənistanın 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.



Baxış sayı: 318


Bölməyə aid digər xəbərlər