Bütün xəbərlər
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüb
Tarix: 20-07-2018 12:27 | Bölmə: Karusel

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək “Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.
Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.



Baxış sayı: 378


Bölməyə aid digər xəbərlər