Bütün xəbərlər
Prezident tvitterdə Gəncənin vurulmasından yazdı
Tarix: 11-10-2020 19:12 | Bölmə: Karusel

                   Prezident tvitterdə Gəncənin vurulmasından yazdı


“Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”
“Qafqazinfo” xəbər verir ki, bunu tvitterdəki şəxsi hesabında Prezident İlham Əliyev yazıb. 
O qeyd edib ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub: “Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.
Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir.
Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”



Baxış sayı: 280


Bölməyə aid digər xəbərlər