Bütün xəbərlər
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad edildi
Tarix: 09-10-2020 21:37 | Bölmə: Karusel

                  Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad edildi


Prezident İlham Əliyev bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini bəyan edib.
"Qafqazinfo" xəbər verir ki, bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlət başçısı işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını diqqətə çatdırıb: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracalı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.
Azərbaycan Prezidenti qeyd edib ki, bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir.



Baxış sayı: 521


Bölməyə aid digər xəbərlər