Bütün xəbərlər
Bakı, Sumqayıt və Abşeronda oktyabr ayının pensiyaları ödənildi
Tarix: 09-10-2020 21:24 | Bölmə: Karusel

                  Bakı, Sumqayıt və Abşeronda oktyabr ayının pensiyaları ödənildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə pensiya vəsaitləri Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunda  qeydiyyatda olan pensiyaçıların (316,4 min nəfər) hesablarına köçürülüb.
“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.
Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə oktyabrın 15-də ödənilməsi nəzərdə tutulub.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər