Bütün xəbərlər
Ərdoğan Merkellə videokonfransda Ermənistanın təxribatından danışdı
Tarix: 06-10-2020 17:19 | Bölmə: Karusel

                Ərdoğan Merkellə videokonfransda Ermənistanın təxribatından danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş baş tutub.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, Şərqi Aralıq dənizi, Liviyadakı son vəziyyət və Ermənistanın Azərbaycana qarşı təxribatı müzakirə edilib.
Ərdoğan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri ilə bağlı problemi qalıcı bir şəkildə həll etməsi üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməli olduğunu bildirib.
“BMT qətnamələri yerinə yetirilməli və beynəlxalq hüququn tələblərinə əməl edilməlidir”,- deyə Türkiyə Prezidenti qeyd edib.



Baxış sayı: 485


Bölməyə aid digər xəbərlər