Bütün xəbərlər
“Ermənistan Qarabağa Yaxın Şərqdən silahlılar gətirib” - Fransa mətbuatı
Tarix: 06-10-2020 17:13 | Bölmə: Karusel

                    “Ermənistan Qarabağa Yaxın Şərqdən silahlılar gətirib”


Dağlıq Qarabağ münaqişə zonasına Ermənistan ordusu tərəfindən Yaxın Şərq və digər ölkələrdən olan erməni əsilli silahlılar cəlb olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Radio France İnternational” məlumat verib.
Qeyd edək ki, daha əvvəl KİV-də Ermənistanın PKK terror təşkilatının Suriya qanadının terrorçulardan Azərbaycanın dinc əhalisinə hücum etmək üçün istifadə etdiyi haqqında informasiyalar yayılmışdı.
Cari ilin iyul ayının sonunda isə Ermənistanla PKK başçıları arasında müvafiq razılıq əldə olunub. Razılaşma çərçivəsində 300-ə yaxın PKK/YPG döyüşçüsü Ermənistana və işğal olunmuş Qarabağa avtobuslarla gəlib.



Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər