Bütün xəbərlər
Salyanda “Qazel” aşıb, sürücü xəsarət alıb
Tarix: 17-07-2018 08:19 | Bölmə: Karusel

                         

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
”Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivinin ərazisində qeydə alınıb. 
Belə ki, Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Bağışov Rabil Fətulla oğlu idarə etdiyi “Qazel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 507


Bölməyə aid digər xəbərlər