Bütün xəbərlər
Qondarma rejimin rəhbərliyi ailə üzvlərini təhlükəli ərazilərdən çıxarır
Tarix: 04-10-2020 20:37 | Bölmə: Karusel

                  Qondarma rejimin rəhbərliyi ailə üzvlərini təhlükəli ərazilərdən çıxarır

İşğalçı Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaratdığı qondarma rejiminin rəhbərliyi öz ailə üzvlərinin təhlükəli ərazilərdən çıxarılmasına başlayıb.
"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, buna səbəb qondarma rejimin rəhbərliyinin döyüş əməliyyatlarının miqyasının genişlənməsindən panikaya düşməsidir. 
Qeyd edilir ki, bu məqsədlə yerüstü nəqliyyat vasitələrindən əlavə, döyüşlərdə ağır yaralanmış hərbçilərin təxliyyəsi üçün nəzərdə tutulmuş helikopterlərdən də istifadə olunur.



Baxış sayı: 226


Bölməyə aid digər xəbərlər