Bütün xəbərlər
Avropa Liqası: Bu gün "Qəbələ" komandasının potensial rəqibi müəyyənləşəcək
Tarix: 17-07-2018 08:09 | Bölmə: Karusel

                            


Bu gün futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsinin ilk 3 cavab görüşü keçiriləcək.
"Report"un məlumatına görə, qarşılaşmalar arasında Macarıstanda "Honved"lə Makedoniya "Rabotniçki"si arasında oynayılacaq qarşılaşma azərbaycanlı futbolsevərlər üçün xüsusi əhəmiyyət kəsb edəcək.
"Qəbələ" Lüksemburq "Proqres"ini üstələyəcəyi təqdirdə, Avroliqanın II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə görüşəcək. İlk görüşdə "Rabotniçki" evdə 2:1 hesablı qələbə qazanıb. "Qəbələ" isə doğma meydanda 0:2 hesabı ilə uduzub. "Qırmızı-qaralar"ın cavab oyunu iyulun 19-da Düdelanjda olacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
17 iyul
19:45. "Levski" (Bolqarıstan) - "Vaduts" (Lixtenşteyn)
İlk oyun - 0:1
19:55. "Şkupi" (Makedoniya) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 0:2
20:00. "Honved" (Macarıstan) - "Rabotniçki" (Makedoniya)
İlk oyun - 1:2
Qeyd edək ki, qalan cavab oyunları 18-19 iyulda keçiriləcək. 



Baxış sayı: 442


Bölməyə aid digər xəbərlər