Bütün xəbərlər
Təhsil Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırıb
Tarix: 03-10-2020 13:07 | Bölmə: Karusel

                Təhsil Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırıb

Təhsil Nazirliyi  işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırıb.
Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan qürur duyuruq. 
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondunun yaradılmasında əsas məqsəd Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir.



Baxış sayı: 254


Bölməyə aid digər xəbərlər