Bütün xəbərlər
“Azərişığ”ın rəhbər heyəti Yardım Fonduna ianə etdi
Tarix: 03-10-2020 12:56 | Bölmə: Karusel

              “Azərişığ”ın rəhbər heyəti Yardım Fonduna ianə etdi


Azərbaycan ərazi bütövlüyü uğrunda aparılan müharibəyə dəstək məqsədi ilə “Azərişıq” ASC-nin rəhbər heyəti bir aylıq maaşlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
“Qafqazinfo”nun məlumatına görə, qurumun yaydığı məlumatda qeyd olunub ki, Azərbaycanın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. 
Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.



Baxış sayı: 308


Bölməyə aid digər xəbərlər