Bütün xəbərlər
“ÇAŞIOĞLU” müəssisəsi də Silahlı Qüvvələrə pul köçürdü
Tarix: 01-10-2020 12:04 | Bölmə: Karusel

                    “ÇAŞIOĞLU” müəssisəsi də Silahlı Qüvvələrə pul köçürdü



“ÇAŞIOĞLU” Nəşriyyat-Poliqrafiya müəssisəsi Silahlı Qüvvələrə Yardım Fonduna 10000 (on min) manat vəsait köçürüb.
Azərbaycan Dövlətinin uğurlu siyasətini dəstəkləyən şirkətimiz daim bu yolda öz töhvələrini verir.
Hazırda düşmən tapdağında qalan torpaqlarımızın qaytarılması uğrunda qanlı döyüşlər gedir. Həyatını itirən, yaralanan əsgər və zabitlərimiz, yurd yuvalarına ziyan dəyən minlərlə mülki şəxslərimiz var.
Belə bir ağır günlərdə bizim kollektivimiz də onların yanındadır və dərdlərinə şərikdir.
İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın bütövlüyü uğrunda aparılan mübarizədə xalqımız bir yumruq kimi birləşərək düşmənə qalib gələcək.
Qarabağ Azərbaycandır! – Bu yolda hər kəs əlindən gələn köməyi əsirgəməməlidir.
Qeyd edək ki, “ÇAŞIOĞLU” Elm-İstehsalat MMC 25 ildir ki, Nəşriyyat-Poliqrafiya müəssisəsi kimi fəaliyyət göstərir. Bu illər ərzində elm, təhsil və mədəniyyət sahəsində çox böyük, önəmli layihələr həyata keçirib.



Baxış sayı: 213


Bölməyə aid digər xəbərlər