Bütün xəbərlər
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir
Tarix: 01-10-2020 12:02 | Bölmə: Karusel

                   Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir


Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə nazirliyi məlumat yayıb. 
Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.
Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər.



Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər