Bütün xəbərlər
İlham Əliyev Küveyt Əmirinə başsağlığı verib
Tarix: 30-09-2020 21:10 | Bölmə: Karusel

                   İlham Əliyev Küveyt Əmirinə başsağlığı verib


Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, başsağlığında bildirilir: “Əlahəzrət, böyük qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Küveyt xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”.


Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər