Bütün xəbərlər
“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyyəsini planlaşdırır”
Tarix: 28-09-2020 22:26 | Bölmə: Karusel

                   “Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyyəsini planlaşdırır”


“Ermənistan bölgədəki vəziyyətin pisləşməsi halında, Dağlıq Qarabağ əhalisinin təxliyyəsi üçün humanitar dəhlizlərin təşkili planı üzərində iş aparır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan “Danışır Moskva” radiostansiyasının efirində açıqlama verib.
O, müvafiq suala cavab olaraq “Bu cür məsələlər nəzərdən keçirilir, ancaq ümid edirik ki, vəziyyət bu yerə çatmayacaq”,- deyə qeyd edib.


Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər