Bütün xəbərlər
Murov zirvəsi azad olundu - Rəsmi
Tarix: 27-09-2020 20:10 | Bölmə: Karusel

                   Murov zirvəsi azad olundu


Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.
 Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb.
Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.
Döyüş əməliyyatları davam edir.


Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər