Bütün xəbərlər
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
Tarix: 21-09-2020 00:00 | Bölmə: Karusel

Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.
Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.




Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər