Bütün xəbərlər
Qurban Məmmədov İngiltərədə tapıldı
Tarix: 17-09-2020 16:03 | Bölmə: Karusel

                    Qurban Məmmədov İngiltərədə tapıldı

Türkiyədə saxlanıldığı bildirilən Qurban Məmmədov İngiltərəyə yola salınıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.
O bildirib ki, Q.Məmmədov artıq İngiltərədədir və evinə getmək üçün yoldadır: “Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyə ilə bağlı heç bir problem yoxdur”. 
Qeyd edək ki, bir neçə saat əvvəl Qoşqar Məmmədov atası Qurban Məmmədovun Türkiyədə saxlanıldığı haqda məlumat yaymışdı.
Xatırladaq ki, Azərbaycan Q.Məmmədovu beynəlxalq axtarışa verib.


Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər