Bütün xəbərlər
Ronaldo azərbaycanlı futbolçunun rekordunu qıra bilər
Tarix: 10-09-2020 13:22 | Bölmə: Karusel

                



Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo azərbaycanlı sabiq futbolçu Əli Dayinin rekordunu təkrarlaya bilər.
Axar.az xəbər verir ki, bu barədə idman jurnalisti Aydın Bağırov qeyd edib.
O bildirib ki, dünyada milli komandalar səviyyəsində rəsmi matçlarda 109 qol vuran ilk və hələlik yeganə futbolçu Əli Dayidir:
“İran millisinin sabiq hücumçusunun bu rekordunu təkrarlamağa ən yaxın olan futbolçu isə aktivində 101 qol olan Kriştiano Ronaldodur.
Xatırladım ki, Əli Dayi bir çox müsahibəsində Azərbaycan türkü olduğu üçün fəxr etdiyini deyib”.
Qeyd edək ki, 35 yaşlı Ronaldo Millətlər Liqasında İsveçlə matçda 2 dəfə fərqlənərək milli komandada qol sayını 101-ə çatıdırıb.


Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər