Bütün xəbərlər
Əfqanıstan vitse-prezidentinə qarşı sui-qəsd hücumu - 10 ölü
Tarix: 09-09-2020 16:23 | Bölmə: Karusel

                   Əfqanıstan vitse-prezidentinə qarşı sui-qəsd hücumu


Əfqanıstanın paytaxtı Kabilin mərkəzində ölkənin vitse-prezidenti Əmrullah Salehi müşayiət edən avtomobil korteji bomba hücumuna məruz qalıb.
“Qafqazinfo” Əfqanıstanın “TOLO News” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, çox sayda adam yaralanıb. Vitse-prezidentin xəsarət almadığı bildirilib.
“Bu gün Əfqanıstanın düşmənləri bir daha Salehə zərər verməyə çalışdılar, lakin qarmaqarışıq planlarını reallaşdıra bilmədilər. Salehə zərər dəymədi”, - deyə vitse-prezidentin sözçüsü Razvan Murad söyləyib.
Məlumata görə, sui-qəsd cəhdi Əmrullah Salehin Pakistan ilə Əfqanıstan-Pakistan sərhədində “Dürand Xətti” adlanan mübahisəli ərazi ilə bağlı müzakirələrə qayıtmaq cəhdindən bir neçə gün sonra həyata keçirilib.


Baxış sayı: 335


Bölməyə aid digər xəbərlər