Bütün xəbərlər
Prezident həmkarını təbrik etdi
Tarix: 07-09-2020 19:51 | Bölmə: Karusel

                  Prezident həmkarını təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə məktub ünvanlayıb. 
“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda deyilir:
“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah diləyirəm”.



Baxış sayı: 330


Bölməyə aid digər xəbərlər