Bütün xəbərlər
Vergilər Nazirliyinin 38 yaşlı əməkdaşı iş başında ölüb
Tarix: 05-07-2018 18:24 | Bölmə: Karusel

                    Faktla bağlı araşdırma aparılır

Sumqayıt şəhərində vergi müfəttişi iş başında dünyasını dəyişib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə 9-cu mikrorayonda 2 saylı Vergilər idarəsinin inzibati binasında baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 38 yaşlı Səbuhi Zeynalov iş zamanı qəfildən keçinib. Onun ölüm səbəbi hələ ki, məlum deyil.
Səbuhi Zeynalov Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Vergi idarəsində müfəttiş vəzifəsində çalışıb. Mərhumun üç azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.

                     





Baxış sayı: 429


Bölməyə aid digər xəbərlər