Bütün xəbərlər
Novxanı çimərliyində 1 nəfər batıb
Tarix: 05-07-2018 09:27 | Bölmə: Karusel

                        

Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfər batıb. 
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötən gün Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfərin batması barədə məlumat daxil olub. 
Məlumata görə, bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 



Baxış sayı: 407


Bölməyə aid digər xəbərlər