Bütün xəbərlər
Qapalı kafe-restoranlara da icazə veriləcək - Gecə 12-yə qədər
Tarix: 04-09-2020 21:34 | Bölmə: Karusel

                 Qapalı kafe-restoranlara da icazə veriləcək


Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək. 
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bu qərar sentyabrın 8-indən qüvvəyə minir.



Baxış sayı: 603


Bölməyə aid digər xəbərlər