Bütün xəbərlər
Hikmət Babayev işdən çıxarıldı - Rəsmi açıqlama
Tarix: 04-09-2020 15:39 | Bölmə: Karusel

                    Hikmət Babayev işdən çıxarıldı


Vətəndaşların taksidən istifadəsiylə bağlı qalmaqallı çıxışıyla gündəmə gələn Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev işdən azad edilib.
Bu barədə “Qafqazinfo”ya BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Qeyd edək ki, bu barədə ilk məlumatı report.az yayıb.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır: “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur”.

                 



Baxış sayı: 668


Bölməyə aid digər xəbərlər