Bütün xəbərlər
AzTV-nin əməkdaşını maşın vurub öldürdü
Tarix: 03-09-2020 00:09 | Bölmə: Karusel

                     AzTV-nin əməkdaşını maşın vurub öldürdü


AzTV-nin əməkdaşı bu gün yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Parlament prospektində qeydə alınıb. Belə ki, telekanalın operatoru Məmmədov Sərxan Məhəmməd oğlunu yolu keçərkən avtomobil vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, S.Məmmədov AzTV-nin Qəbələ üzrə operatoru olub. O, treninq keçmək üçün Bakıya çağırılmışdı.
Qeyd edək ki, 34 yaşlı S.Məmmədov evli idi, iki uşağı var.



Baxış sayı: 454


Bölməyə aid digər xəbərlər