Bütün xəbərlər
DÇ-2018: Yaponiya və Kolumbiyanın 1/8 finaldakı rəqibləri müəyyənləşib
Tarix: 29-06-2018 00:29 | Bölmə: Karusel

                    

Bu gün keçirilən 4 qarşılaşma ilə futbol üzrə DÇ-2018-in qrup mərhələsinə yekun vurulub.
“Report” xəbər verir ki, günün son qarşılaşmaları İngiltərə və Belçika, eləcə də Tunis və Panama arasında baş tutub.
Belçika yığması İngiltərə üzərində 1:0 hesablı qələbə qazanaraq qrupda 9 xalla birinci yeri tutub. İngiltərə qrupu ikinci yerdə başa vurub. İndi turnirin 1/8 finalında belçikalılar Yaponiya, ingilislər isə Kolumbiya ilə qarşılaşacaqlar.
Paralel keçən qarşılaşmada Tunis 2:1 hesabı ilə Panamanı məğlub edib. Nəticədə Tunis 3 xalla qrupda 3-cü, çempionatın debütantı Panama isə 0 xalla sonuncu olub.
DÇ-2018 – final mərhələsi. G Qrupu. 3-cü tur
İngiltərə – Belçika – 0:1
Qol: 0:1 – Yanuzay – 51
Panama – Tunis - 1:2
Qollar: 1:0 – Meriya – 33 (avtoqol), 1:1 – Ben Yussef – 51, 1:2 – Hazri – 66







Baxış sayı: 445


Bölməyə aid digər xəbərlər