Bütün xəbərlər
Atatürk aeroportu təyyarələrin uçuş və enişini dayandırıb
Tarix: 28-06-2018 00:25 | Bölmə: Karusel

                       Bu, hava şəraiti ilə əlaqədar müvəqqəti xarakter daşıyır

Axşam saatlarında İstanbula yağmağa başlayan güclü yağış, şimşək və göy gurultusu şəhərdə hava nəqliyyatına mənfi təsir göstərib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, pis hava şəraiti səbəbindən təyyarələr Atatürk hava limanına eniş edə bilməyiblər.
Aeroporta enməli olan təyyarələr havada dövr etmək məcburiyyətində qalıb. Bu səbəbdən aeroporda eniş və uçuşlar müvəqqəti olaraq dayandırılıb.



Baxış sayı: 416


Bölməyə aid digər xəbərlər