Bütün xəbərlər
Tərtərdə oğurlanmış 7 min manatlıq qızıl-zinət əşyaları tapılıb
Tarix: 27-06-2018 14:27 | Bölmə: Karusel

                               

Tərtər rayonunda oğurlanmış qızıl-zinət əşyaları tapılıb.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, iyun ayının 1-də Tərtər rayon sakini olan bir nəfər rayon polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək yaşadığı evdən ona məxsus qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları hadisə yerinə baxış keçirib, 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Faktla bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Davam etdirilən araşdırmalarla oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon Bəyimsarov kənd sakini Heydər İsmayılov saxlanılaraq istintaqa cəlb olunub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanmış qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.







Baxış sayı: 702


Bölməyə aid digər xəbərlər