Bütün xəbərlər
Mətbuat katibi: "Qırğızıstandakı qara yara xəstəliyinin Azərbaycana keçməsi mümkün deyil"
Tarix: 27-06-2018 11:01 | Bölmə: Karusel

                        Dövlət Baytarlıq Xidməti xəstəliyinin Azərbaycaan keçməsi ehtimalına münasibət bildirib

"Azərbaycan Qırğızıstandan heyvan və heyvan mənşəli məhsullar almır". 
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
O bu barədə Qırğızıstanda yayılmış qara yara xəstəliyinin Azərbaycana keçməsi ehtimalına münasibət bildirərkən danışıb. 
"Qırğızıstandakı qara yara xəstəliyinin Azərbaycana keçməsi mümkün deyil. Bundan əlavə, qara yara xəstəliyinə qarşı bu il iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlarda, dəvələrdə, donuzlarda peyvəndləmə işləri aparılıb. Hazırda bu və digər yolxucu xəstəliklərə görə ölkədə epizodik vəziyyət sabitdir".



Baxış sayı: 396


Bölməyə aid digər xəbərlər