Bütün xəbərlər
Malinin Prezidenti istefa verdi
Tarix: 19-08-2020 10:39 | Bölmə: Karusel

                  Malinin Prezidenti istefa verdi


Malinin Prezidenti İbrahim Bubakar Keyta üsyançılar tərəfindən tutulduqdan bir neçə saat sonra istefasını elan edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Malinin Yayım və Televiziya Xidmətinin efirində çıxış edərkən bildirib: “Uzun illər mənə göstərdiyi dəstəyinə görə Mali xalqına təşəkkür edirəm. Bu andan etibarən istefa qərarımı və bütün səlahiyyətlərimi təhvil verdiyimi bildirmək istəyirəm”.
Prezident, həmçinin parlament və hökumətin buraxıldığını da elan edib.
Qeyd edək ki, ötən gün Malidə hərbi bazada qiyam baş qaldırıb. Prezident İbrahim Bubakar Keyta və Baş Nazir Bubu Sissenin qiyamçılar tərəfindən həbs olunduğuna dair məlumat yayılıb.
Xatırladaq ki, 75 yaşlı İ. B. Keyta 2013-cü ilin sentyabrından Maliyə rəhbərlik edirdi.



Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər