Bütün xəbərlər
Prezident onlara general-leytenant rütbəsi verdi - Siyahı
Tarix: 17-08-2020 14:31 | Bölmə: Karusel

                    Prezident onlara general-leytenant rütbəsi verdi

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Araz Məmməd oğlu Məmmədova
general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə
general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə
“general-mayor” hərbi rütbəsi
polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova
polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə.



Baxış sayı: 455


Bölməyə aid digər xəbərlər