Bütün xəbərlər
Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi
Tarix: 16-08-2020 01:32 | Bölmə: Karusel

                   Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi


Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bu barədə "Qafqazinfo"ya Müdafiə Nazirliyindən məlumat verilib.
Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.



Baxış sayı: 508


Bölməyə aid digər xəbərlər