Bütün xəbərlər
Daha bir kafe sahibi və müştərilər cərimələndi
Tarix: 10-08-2020 12:15 | Bölmə: Karusel

                   Daha bir kafe sahibi və müştərilər cərimələndi


Saatlıda karantin qaydalarının tələblərinin pozulduğu kafe aşkar edilib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Saatlı rayonunda fəaliyyət göstərən “Körpü” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.
Karantin qaydalarını kobud şəkildə pozan həmin obyektin sahibi və müştəriləri olan 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.



Baxış sayı: 386


Bölməyə aid digər xəbərlər