Bütün xəbərlər
Azərbaycanda general vəfat etdi
Tarix: 09-08-2020 13:47 | Bölmə: Karusel

                    Azərbaycanda general vəfat etdi

Azərbaycan Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.
"Qafqazinfo" bildirir ki, bu barədə hərbi jurnalist Rəşad Süleymanov feysbuk hesabında məlumat verib. 
Qeyd edək ki, Çingiz Məmmədov sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışıb. O, 2015-ci ildə ölkə başçısının sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılaraq Silahlı Qüvvələrdən ehtiyata göndərilib.
Allah rəhmət eləsin!


Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər