Bütün xəbərlər
Azərbaycan Livana 1 milyon dollar yardım edəcək - Sərəncam
Tarix: 05-08-2020 22:29 | Bölmə: Karusel

                   Azərbaycan Livana 1 milyon dollar yardım edəcək


Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb. 
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq. 
Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Baxış sayı: 301


Bölməyə aid digər xəbərlər