Bütün xəbərlər
Polad Həşimovun adı bu küçəyə verildi - Fotolar
Tarix: 05-08-2020 21:58 | Bölmə: Karusel

                 Polad Həşimovun adı bu küçəyə verildi


Qəbələdə şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçə müəyyənləşib.
"Qafqazinfo"nun məlumatına görə, şəhərin ikinci ən böyük küçəsinə Polad Həşimovun adı verilib. Bu küçədə Şəhidlər Xiyabanı da yerləşir. Artıq sözügedən küçəyə ünvan lövhələri də vurulub.
Qeyd edək ki, küçənin əvvəlki adı Həzi Aslanov olub.
Xatırladaq ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlar vermişdi. Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olub.







Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər