Bütün xəbərlər
Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - VİDEO
Tarix: 22-06-2018 13:24 | Bölmə: Karusel

                       

Rusiyadakı dünya çempionatının oyunu zamanı Argentina milli komandasının azarkeşləri Xorvatiya yığmasının fanatını döyüblər.
"Report"un məlumatına görə, hadisə Nijni Novqoroddakı eyniadlı stadionda iki ölkə milliləri arasında keçirilmiş görüşün sonuna bir neçə dəqiqə qalmış baş verib. Xorvatiyaya məğlubiyyətdən qəzəblənən argentinalılar tribunanın altındakı keçiddə yalqız xorvatiyalıya hücum ediblər. Onların təpik zərbələrinin qarşısını stadionun stüardları alıblar.
Qeyd edək ki, görüş Xorvatiya yığmasının qələbəsi ilə yekunlaşıb - 3:0. Bu məğlubiyyətdən sonra Argentina 1/8 finala vəsiqə şanslarını xeyli azaldıb. 
                      ]



Baxış sayı: 440


Bölməyə aid digər xəbərlər