Bütün xəbərlər
Fəttah Heydərov vəfat etdi
Tarix: 04-08-2020 10:50 | Bölmə: Karusel

                  Fəttah Heydərov vəfat etdi


Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib.
"Qafqazinfo" "BakuPost"a istinadən xəbər verir ki, o, bu gün səhərə yaxın vəfat edib.
Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.
Xatırladaq ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub.
1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri olub.
1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin,1995-ci ildən isə bütün çağırışlarda Azərbaycan Milli Məclisinin deputatı olub.



Baxış sayı: 390


Bölməyə aid digər xəbərlər