Bütün xəbərlər
DÇ-2018: Xorvatiya Argentinanı darmadağın edərək 1/8 finala vəsiqə qazanıb
Tarix: 22-06-2018 01:21 | Bölmə: Karusel

                       

Rusiyadakı futbol üzrə dünya çempionatında D qrupunun II turuna start verilib.
"Report"un məlumatına görə, qrupda bu turun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gəlib. 
Nijni Novqoroddakı eyniadlı stadionda keçirilmiş görüş Xorvatiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 53-cü dəqiqədə Ante Rebiç vurub. 80-ci dəqiqədə Luka Modriç növbəti qolun müəllifi olub. Oyunda son nöqtəni isə uzatma dəqiqəsində İvan Rakitiç qoyub.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Xorvatiya yığması vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. 1 xalı olan Argentina ehtiyatda 1 oyunu olan İslandiya ilə birgə 2-3-cü yerləri bölüşür. Xalsız Nigeriya isə sonuncudur. İslandiya iyulun 22-də Nigeriyaya qalib gəlsə, Argentinanın mərhələ adlaması çətinləşəcək.
Qeyd edək ki, hələlik Rusiya, Uruqvay və Fransa da 1/8 finala yüksəlib. Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair və Peru isə qrupda qalıb.
DÇ-2018
21 iyun
II tur
D qrupu
22:00. Argentina - Xorvatiya - 0:3
Qollar: Ante Rebiç, 53. Luka Modriç, 80. İvan Rakitiç, 90+1
Hakimlər: Ravşan İrmatov, Abduhəmidullo Rəsulov, Jahongir Saidov (hamısı Özbəkistan), Norbert Hauata (Taiti), Bertrand Brial (Yeni Kaledoniya)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu




Baxış sayı: 726


Bölməyə aid digər xəbərlər