Bütün xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü
Tarix: 01-08-2020 20:25 | Bölmə: Karusel

                  Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü


Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229-dur. 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.




Baxış sayı: 511


Bölməyə aid digər xəbərlər