Bütün xəbərlər
Özəl klinikalarda koronavirus testinin qiyməti necə müəyyən olunur?
Tarix: 01-08-2020 13:37 | Bölmə: Karusel

               Özəl klinikalarda koronavirus testinin qiyməti necə müəyyən olunur?


TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Azərbaycanda özəl klinikaların həyata keçirdiyi koronavirus testinin qiyməti haqda danışıb. 
"Qafqazinfo"nun verdiyi xəbərə görə, Y. Qarayeva deyib ki, dövlət tərəfindən bu günə qədər bütün testlər pulsuz edilib: "Özəl müəssisələrin test aparmaq üçün təyin etdiyi qiymətlərə TƏBİB heç bir halda müdaxilə etmir. Bu, həmin müəssisələrin qəbul etdiyi daxili qərarlardır" .
Qeyd edək ki, özəl klinikalarda koronavirus testinin qiyməti 40-130 manatdır.

                 



Baxış sayı: 460


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb