Bütün xəbərlər
Siyəzəndəki yanğında bir nəfər ölüb
Tarix: 31-07-2020 19:21 | Bölmə: Karusel

                 Siyəzəndəki yanğında bir nəfər ölüb

Xəbər verdiyimiz kimiSiyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə zamanı bir nəfər dünyasını dəyişib.
Belə ki, yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısını almaq istəyən 1970-ci il təvəllüdlü, Siyəzən rayon Sədan kənd sakini Zeynalov Cahangir Əhmədşah oğlu yanıq xəsarətləri alıb. O, dərhal Bakıya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Baxış sayı: 420


Bölməyə aid digər xəbərlər