Bütün xəbərlər
4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb
Tarix: 29-07-2020 22:03 | Bölmə: Karusel

                    4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb


Birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. 
“Qafqazinfo” bildirir ki, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4.624, mətbu nəşrlərin sayı isə 5.343 təşkil edir.


Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər