22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində tədbir görülüb
Tarix: 29-07-2020 21:56 | Bölmə: Karusel

                    Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində tədbir görülüb


Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb, 1.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 3.500 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. 
“Qafqazinfo” bildirir ki, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.


Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər