Bütün xəbərlər
“Quli” ləqəbli şəxs saxlanıldı
Tarix: 28-07-2020 16:25 | Bölmə: Karusel

                   “Quli” ləqəbli şəxs saxlanıldı


Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib. 
“Qafqazinfo” xəbər verir ki, Səbail RPİ Narkotiklə mübarizə bölməsi və 8-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmdə “Quli” ləqəbi ilə tanınan Ağaqulu Əzizovun üzərindən 11 bükümdə, ümumi çəkisi 5,180 qram çəkidə marixuna aşkar olunaraq götürülüb. 
Şübhəli şəxs ətrafında davam etdirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 2 ədəd sellafonda qablaşdırılmış, ümumi çəkisi 3 kq 485 qram narkotik vasitə olan marixuna aşkarlanıb. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsiylə cinayət işi başlanıb, əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər