Bütün xəbərlər
Monqolustanda bu xəstəliyə görə müddətsiz karantin elan edildi
Tarix: 26-07-2020 20:54 | Bölmə: Karusel

                  Monqolustanda bu xəstəliyə görə müddətsiz karantin elan edildi


Monqolustan bubonik vəba xəstəliyinə yoluxan vətəndaşına görə ölkədə qeyri-müəyyən müddətə karantin elan edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 39 yaşlı  Uliastay sakini yüksək temperatur, əzələ və baş ağrıları şikayəti ilə xəstəxanaya müraciət edib. O, bir həftə əvvəl qunduz əti yediyini bildirib. Həmin heyvanlar isə adətən bubonik vəba xəstəliyinin daşıyıcıları olurlar. Hazırda xəstə izolyasiya olunub.
Onun ünsiyyətdə olduğu 9 nəfər də özünütəcrid rejimində saxlanılır.


Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər