Bütün xəbərlər
“Bu, mənim seçimimdə əsas rol oynadı” - “Qarabağ”ın yeni transferi
Tarix: 26-07-2020 17:45 | Bölmə: Karusel

                  “Bu, mənim seçimimdə əsas rol oynadı”


“Təbii ki, “Qarabağ” haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur, avrokuboklarda müntəzəm çıxış edir, bu da mənim seçimimdə əsas rol oynadı”.
"Qafqazinfo"nun məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni futbolçu transferi Uroş Matiç klubun rəsmi saytına açıqlamasında deyib.
“Artıq “Qarabağ”ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var. Çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrilmişəm. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm”, - deyə 30 yaşlı yarımmüdafiəçi əlavə edib.
Qeyd edək ki, serb əsilli makedoniyalı oyunçu ilə 2+1 illik müqavilə bağlanılıb.


Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər